Xırdalanda 35 yaşlı qadının ölümü ilə bağlı araşdırma başlanıb

Xırdalanda 35 yaşlı qadının ölümü ilə bağlı araşdırma başlanıb
  • Clock-gray 09:48
  • calendar-gray 17 Fevral 2021

Abşeron rayonunun Xırdalan şəhərində qadın meyitinin aşkarlanması ilə bağlı hadisə nəzarətə götürülüb.

Abşeron rayon prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları hazdisə yerinə cəlb edilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində ikisi azyaşlı olmaqla 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Məmmədova Aytəkin Cəsarət qızının meyitini və 2 nəfər azyaşlını halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Səlcuq Elçin

Digər xəbərlər