Xırdalanda gənc oğlan özünü binadan atıb

Xırdalanda gənc oğlan özünü binadan atıb
# 28 yanvar 2021 11:11 (UTC +04:00)

Abşeron rayonu, Xırdalan şəhərində intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, gənc oğlan şəhərin mərkəzində özünü yaşayış binasından atıb.

O, hadisə yerində dünyasını dəyişib.

Araşdırmalar nəticəsində özünü binadan atan gəncin Həsənov Rasim Səyyad oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR