Xırdalanda müştərilərə yerində xidmət göstərən kafe aşkarlanıb, 8 nəfər cərimələnib

Xırdalanda müştərilərə yerində xidmət göstərən kafe aşkarlanıb, 8 nəfər cərimələnib
# 23 dekabr 2020 13:34 (UTC +04:00)

Abşeron rayonu Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki prospektlərdən birində fəaliyyət göstərən obyekt müəyyən olunub.

Ora baxış zamanı kafedə olan 7 müştəri və obyektin sahibi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi inzibati protokol tərtib edilib və cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR