Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub

Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub
  • Clock-gray 22:37
  • calendar-gray 25 Yanvar 2021

Abşeron rayonu Xırdalan şəhərində binada baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılanların adları məlum olub.

APA-nın məlumatına görə, bunlar aşağıdakılardır:

- Musayeva Ziyafət Qafar qızı;

- Musayev Vüsal Firudin oğlu;

- Musayev Firudin Vüsal oğlu, 2009-cu il təvəllüdlü;

- Gözəl Səmədova;

- Əliyev Emil Arif oğlu;

- Hüseynov Arif Əbülfət oğlu;

- Ələzova Simayə Mövlud qızı;

- Şükürzadə Xədicə Bəxtiyar qızı.

Hadisə yerində olan Təcili Tibbi Yardım xidməti əməkdaşlarının verdiyi məlumata görə, ümumilikdə hadisə bağlı 9 nəfər müraciət edib.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı və 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının axtarışları aparılır.

Nurlan Əli

Digər xəbərlər