Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var

Xızıda "TIR" traktorla toqquşub, ölən  və xəsarət alanlar var
# 01 mart 2021 12:26 (UTC +04:00)

Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində qeydə alınıb Belə ki, "TIR" yol kənarında dayanan traktora çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı traktorun sürücüsü, 1961-ci il təvəllüdlü Səfərov Həsənalı Səfər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. "TIR"ın sürücüsü və sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR