Xızıda keçmiş məhkumun evində silah-sursat aşkarlanıb

Xızıda keçmiş məhkumun evində silah-sursat aşkarlanıb
  • Clock-gray 13:17
  • calendar-gray 24 Yanvar 2020

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Kamal Əhədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl cqumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patronlar, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib. Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date