Xızıda oğurluq edən şəxs saxlanılıb

Xızıda oğurluq edən şəxs saxlanılıb
  • Clock-gray 12:43
  • calendar-gray 21 Noyabr 2020

Xızı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Giləzi qəsəbə sakini N.Rzayev ona məxsus fərdi yaşayış evindən 7000 manat pulunun oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Sitalçay kənd sakini Xəyal Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı pulların bir qismini xərclədiyini bildirib. Oğurluq yolu ilə əldə edilmiş pulların qalan hissəsi isə maddi sübut kimi ondan götürülüb. Faktla bağlı Xəyal Rəsulov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

apa-logo-mini

Digər xəbərlər