Xızıda qarlı yolda qalan avtomobilin sürücüsü xilas edilib

Xızıda qarlı yolda qalan avtomobilin sürücüsü xilas edilib
# 14 yanvar 2020 17:10 (UTC +04:00)

Xızıda avtomobil qarlı yolda qalıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Xızı rayonunda “INFINITI” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərə köməklik göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR