Xızıda top mərmisi tapılıb

Xızıda top mərmisi tapılıb
# 12 dekabr 2019 16:36 (UTC +04:00)

Dekabrın 11-də saat 17:10-da Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən xəbərə görə, məlumatın iş gününün sonunda daxil olmasını və ərazinin yaşayış sahəsindən uzaqda yerləşməsini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dekabrın 12-də həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 107 mm-lik raket (TR-107) və 2 ədəd partlamış-yanmış 122 mm-lik 9M22S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınılıb.

Top mərmisinin və raketlərin ətrafında 2 500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR