Xızının Altıağac qəsəbəsində 4 otaqlı evdə yanğın olub

Xızının Altıağac qəsəbəsində 4 otaqlı evdə yanğın olub
# 29 iyun 2020 05:18 (UTC +04:00)

Xızı rayonunun Altıağac qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 45 m² sahədə və zirzəmisinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR