Xocasən qəsəbəsində baş verən yanğın zamanı iki evə ziyan dəyib - YENİLƏNİB

Xocasən qəsəbəsində baş verən yanğın zamanı iki evə ziyan dəyib - YENİLƏNİB
# 21 iyun 2020 18:49 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonu, Xocasən qəsəbəsində 1000 m² sahəyə yığılan taxta taralar, yaxınlıqda, hər birinin ümumi sahəsi 200 m² olan iki fərdi yaşayış evinin dam örtüklərinin yanar konstruksiyaları ümumilikdə 19 m² sahədə yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evlərin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sail Ağasəlim

saat 17:07

Xocasən qəsəbəsində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya FHN mətbuat ximətinin rəhbəri Gülçin Mehdiya məlumat verib.

Məlumatda qeyd edilir ki, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən sğndürülüb.

saat 16:26

Xocasən qəsəbəsində yanğın başlayıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR