Xocavəndin Böyük Tağlar kəndində yük maşını dərəyə aşıb, sürücü ölüb

Xocavəndin Böyük Tağlar kəndində yük maşını dərəyə aşıb, sürücü ölüb
# 08 yanvar 2021 12:45 (UTC +04:00)

Xocavənddə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Böyük Tağlar kəndi ərazisində Ağstafa rayon sakini E.Qarayev idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR