Xudatda iki maşın toqquşub, ölən var

Xudatda iki maşın toqquşub, ölən var
# 07 dekabr 2020 11:00 (UTC +04:00)

Bu gün səhər saatlarında Xudat şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhərinin girişində "Opel" və "VAZ 2106" markalı maşınlar toqquşub.

Nəticədə "VAZ 21 06"-nın sürücüsü, Xudat şəhər sakini, 1961-ci il təvəllüdlü Rufullazadə Adil İsmət oğlu aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR