Xüsusi karantin rejim qaydalarına əməl etməyən 7 nəfər saxlanılıb

Xüsusi karantin rejim qaydalarına əməl etməyən 7 nəfər saxlanılıb
# 06 iyul 2020 21:37 (UTC +04:00)

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

APA-nın məlumatına görə, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən “Dost qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR