Xüsusi karantin rejimini pozan kafe aşkarlanıb, 5 nəfər cərimələnib

Xüsusi karantin rejimini pozan kafe aşkarlanıb, 5 nəfər cərimələnib
# 04 iyul 2020 09:51 (UTC +04:00)

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

APA-nın məlumatına görə, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR