Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
  • Clock-gray 09:48
  • calendar-gray 09 Aprel 2020

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

İdarədən APA-ya verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date