Yardımlı sakinindən 8 kq-dan çox heroin götürülüb

Yardımlı sakinindən 8 kq-dan çox heroin götürülüb
# 20 iyul 2020 12:57 (UTC +04:00)

Yardımlıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini C.Mirxanlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan 305 qram heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə əlavə olaraq 8 kiloqram 140 qram heroin götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR