Yardımlıda 15 tondan çox narkotik bitki məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Alar kəndi ərazisində 1550 hektar sahədə yabanı halda bitmiş 15 ton 200 kiloqram çəkidə 38750 ədəd çətənə kolu aşkarlanıb məhv edilib.