Yardımlıda avtomobil qəzası nəticəsində 104 abonent müvəqqəti qazsız qalıb

Yardımlıda avtomobil qəzası nəticəsində 104 abonent müvəqqəti qazsız qalıb
# 13 avqust 2020 22:31 (UTC +04:00)

Avqustun 13-də axşam saatlarında Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan ortatəzyiqli qaz xətti zədələnib.

"Azəriqaz” İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, qəza nəticəsində NİVA markalı maşın, təqribən, 35 m uzunluğunda qaz borusunu sürüyərək yararsız hala salıb.

Təhlükəsizlik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR