Yasamal qəbiristanlığından gül oğurlayan şəxslər tutulub - VİDEO

Yasamal qəbiristanlığından gül oğurlayan şəxslər tutulub - VİDEO
# 18 mart 2021 14:28 (UTC +04:00)

Paytaxtın Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzarların üzərlərinə qoyulan gül dəstələrini oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinləri Elşən Abduləliyev və Əli Əliyev tutularaq istintaqa təqdim olunublar.

Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbiristanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub. Həmçinin saxlanılan zaman E.Abduləliyevin üzərindən bir büküm narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Faktla saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR