Yaşayış yerini tərk edən 2 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanıb

Yaşayış yerini tərk edən 2 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanıb
# 21 yanvar 2021 15:31 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və onların barələrində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR