Yaşayış yerini tərk edən COVID-19 xəstəsinə xəbərdarlıq edilib

Yaşayış yerini tərk edən COVID-19 xəstəsinə xəbərdarlıq edilib
# 09 noyabr 2020 15:50 (UTC +04:00)

Bakı şəhər sakini Azad Bağırova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

“Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Azad Bağırovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır”, - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR