Yevlax şəhər Mərkəzi Xəstəxanasında yanğın olub.
Bu barədə APA-ya FHN-dən bildirilib. Xəbərə görə, xəstəxananın yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.
Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.