Yevlax sakini ehtiyatsızlıqdan bacısı oğlunu güllələyib

Yevlax sakini ehtiyatsızlıqdan bacısı oğlunu güllələyib
# 02 noyabr 2020 13:28 (UTC +04:00)

Yevlax sakini ehtiyatsızlıqdan bacısı oğlunu güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində şəhər sakini E.Mahmudov pnevmatik idman tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bacısı oğlu M.Bəkirov qarın nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilən M.Bəkirovun vəziyyəti qənaətbəxşdir.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mahmudov saxlanılıb, hadisə yerindən “Kral” markalı pnevmatik tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR