Yevlax sakinində odlu silah aşkarlanıb

Yevlax sakinində odlu silah aşkarlanıb
# 05 iyun 2020 09:26 (UTC +04:00)

Bakıda Yevlax sakinindən odlu silah aşkarlanıb.

APA-nın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb. Bu zaman onun həyətində torpağa basdırdığı “TT” markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR