Yevlax sakinlərindən 11 kq narkotik götürülüb

Yevlax sakinlərindən 11 kq narkotik götürülüb
# 07 yanvar 2021 12:15 (UTC +04:00)

Goranboyda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-dən APA-ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunanlar- S.Məmmədov və M.Namazov Goranboy rayonu ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı S.Məmmədovdan 1,2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.Namazovun evindən isə 10 kiloqram 350 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR