Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapılıb

Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapılıb
# 31 yanvar 2020 13:29 (UTC +04:00)

Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şöhlə Səfər qızının axtarışları başa çatıb.

Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş. Rəsulova yanvarın 28-də Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR