Yevlaxda COVID-19 xəstəsi barədə cinayət işi başlanıb

Yevlaxda COVID-19 xəstəsi barədə cinayət işi başlanıb
# 08 dekabr 2020 16:00 (UTC +04:00)

Yevlax rayon sakini 1982-ci il təvəllüdlü Bəkirov Zaur Akif oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Bu barədə APA-ya Yevlax rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR