Yevlaxda Kür çayında batan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB-1

Yevlaxda Kür çayında batan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB-1
# 10 avqust 2020 09:51 (UTC +04:00)

Yevlaxda Kür çayında batan şəxsin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

***

saat 08:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

9 avqust, saat 22:48

Yevlax şəhəri ərazisində - Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəhriyar Sahib oğlu Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı isə çayda batıb.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR