Yevlaxda ağır qəza olub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Yevlaxda ağır qəza olub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO
# 20 mart 2021 17:18 (UTC +04:00)

Yevlaxda ağır qəza zamanı xəsarət alan şəxslərdən biri həyatını itirib.

APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq, 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Səmimi Tanrıverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Digər 6 yaralının müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəza zənzirvari xarakter daşıyıb, 4 minik avtomobili - "VAZ 2106", "Hyundai Sonata", "Mercedes" və "VAZ 2107" toqquşub. Qəza zamanı "VAZ 2106" və "Hyundai Sonata" yararsız vəziyyət düşüb.

***

Saat 16:20

Yevlaxda ağır yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə az öncə Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

"VAZ 2106" və "Hyundai Sonata" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Sonata"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR