Yevlaxda avtomobilin vurduğu piyada xəsarət alıb

Yevlaxda avtomobilin vurduğu piyada xəsarət alıb
# 16 yanvar 2020 08:26 (UTC +04:00)

Yevlaxda piyadanı avtomobil vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhər bazarının yaxınlığında baş verib.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən xanım piyadanı vuraraq ona xəsarət yetirib. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb.

Onun adı hələ ki dəqiqləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR