Yevlaxda fərdi evdə yanğın zamanı bir nəfər xəsarət alıb

Yevlaxda fərdi evdə yanğın zamanı bir nəfər xəsarət alıb
# 23 fevral 2021 08:50 (UTC +04:00)

Yevlax rayonunun Bəydili kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR