Yevlaxda gənc asılmış vəziyyətdə aşkar edilib

Yevlaxda gənc asılmış vəziyyətdə aşkar edilib
# 29 dekabr 2019 21:12 (UTC +04:00)

Yevlax rayonunda ölüm hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Ərəbbəsrə kəndində qeydə alınıb.

Təqribən 20 yaşlı oğlanın kəndirdən asılı vəziyyətdə cansız bədəni aşkar edilib. İlkin məlumata görə, ölən gənc Elvin Məmmədovdur. Onun beş-altı ay öncə hərbi xidmətdən gəldiyi deyilir. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR