Yevlaxda idarəetmədən çıxan avtomobil aşıb - FOTO

Yevlaxda idarəetmədən çıxan avtomobil aşıb - FOTO
# 06 dekabr 2019 01:05 (UTC +04:00)

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan qəsəbəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan Çin istehsalı olan “Great wall” markalı avtomobil aşıb.

Qəza nəticəsində ağır kəllə-beyin travması alan rayon sakini, 1994-cü il təvəllüdlü Musayev Vüqar Musa oğlu rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR