Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 31 may 2020 14:45 (UTC +04:00)

Yevlaxda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb. “VAZ” markalı avtomobil “Mercedes” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Mercedes” aşıb.

Qəza nəticəsində xəsarət alan Yevlax sakinləri – 1998-ci il təvəllüdlü Baloğlanlı Həmid Qabil oğlu və 1990-cı il təvəllüdlü Babayev Sarvan İsmayıl oğlu Xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR