Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 29 dekabr 2020 11:42 (UTC +04:00)

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 315-ci kilometrliyində, Yevlaxın Nemətabad kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

“VAZ-2109” və “VAZ-2101” markalı avtomobillərin toqquşması nəticəsində iki qadın sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar – Yevlax rayon sakinləri, 1966-cı il təvəllüdlü Atakişiyeva Münəvvər Həsən qızı və 1950-ci il təvəllüdlü Cəfərova Səmayə Usub qızı xəstəxanaya yerləşdiriliblər.

Xəsarəti yüngül olan sürücülərə isə yerində yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR