Yevlaxda iki maşın toqquşub, 5 nəfər yaralanıb

Yevlaxda iki maşın toqquşub, 5 nəfər yaralanıb
# 07 sentyabr 2020 16:06 (UTC +04:00)

Yevlaxda yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində 7 saylı məktəbin yaxınlığında baş verib. "VAZ 21O7" və "VAZ 2106" markalı minik maşınlarının toqquşması nəticəsində 4-ü Füzuli, biri isə Yevlax rayonundan olmaqla 5 nəfər xəsarət alıb.

Füzuli rayon sakinləri olan yaralılar - Mobil Hüseynov (1974), Ruhi Əsədli (1980), Elşən Əliyev (1985), Elnur Məmmədov (1977) və Yevlax rayon sakini Rahib Əliyev (1995) xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR