Yevlaxda karantin qaydalarını pozan idman zalı aşkarlanıb, 8 nəfər saxlanılıb

Yevlaxda karantin qaydalarını pozan idman zalı aşkarlanıb, 8 nəfər saxlanılıb
# 13 iyul 2020 11:47 (UTC +04:00)

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 8 nəfərin idman zalında toplaşaraq əlbəyaxa idman növləri üzrə məşq etdikləri müəyyən edilib. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR