Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
# 23 yanvar 2020 12:09 (UTC +04:00)

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan iki xəsarət alıb. Yaralılar - 1987-ci il təvəllüdlü Əmirov Anar Əfqan oğlu və 1984-cü il təvəllüdlü Adıgözəlova Günel Gülağa qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdıma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR