Yevlaxda mənzildən kişi meyiti tapılıb

Yevlaxda mənzildən kişi meyiti tapılıb
# 15 sentyabr 2020 00:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Əlioğlu Həsən Nəbi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR