Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanılıb

Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanılıb
  • Clock-gray 18:18
  • calendar-gray 06 Fevral 2021

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Orucov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb. 

E. Orucov ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini Sadiq Şıxıyevdən pul müqabilində aldığını bildirib. Keçirilmiş tədbirlərlə S. Şıxıyev də saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə həmin narkotik vasitəninin mənbəyinin Yevlax şəhər sakini Bəhruz Novruzov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Eləcə də E. Orucovun ətrafında aparılan genişmiqyaslı tədbirlər nəticəsində onun vətəndaşa məxsus avtomaşından 2 ədəd akkumulyator oğurladığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-araşdırmalar davam etdirilir.

Ehtiram Muradov

Digər xəbərlər