Yevlaxda özünü Kür çayına atan şəxs xilas edilib

Yevlaxda özünü Kür çayına atan şəxs xilas edilib
# 09 aprel 2021 08:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin özünü suya atması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR