Yevlaxda polisə bıçaqla müqavimət göstərən narkotacirin məhkəməsi başlayır

Yevlaxda polisə bıçaqla müqavimət göstərən narkotacirin məhkəməsi başlayır
# 23 yanvar 2020 09:19 (UTC +04:00)

Yevlaxda qanunsuz narkotik maddələrin dövriyyəsində, polisə müqavimətdə təqsirləndirilən Cəmil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, ötən il Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.

Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR