Yevlaxda qadın kanalda batıb - YENİLƏNİB

Yevlaxda qadın kanalda batıb - YENİLƏNİB
  • Clock-gray 18:20
  • calendar-gray 28 Yanvar 2020

Yevlaxda kanalda batan şəxsin kimliyi məlum olub. 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, araşdırmalar nəticəsində Qarabağ kanalında batan şəxsin, 1965-ci il təvəllüdlü Şölə Nağı qızı Rəsulova olması müəyyən edilib. 

Hazırda qadının axtarışları davam etdirilir. 

***

Saat 17:53

Yevlaxda bir nəfər kanalda batıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək. 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date