Yevlaxda taksi sürücüsü qarət edilib

Yevlaxda taksi sürücüsü qarət edilib
# 17 fevral 2020 11:05 (UTC +04:00)

Yevlaxda taksi sürücüsü 3 nəfər tərəfindən qarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 15-də Yevlax rayon avtovağzalında şəhər sakini A.Qəribovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Daşdəmirov, Mingəçevir şəhər sakini M.Səmədov və İmişli rayon sakini T.Quliyev Bakı şəhərinə gedəcəklərini bildiriblər.

Qarabörk kəndi ərazisində T.Quliyev münaqişə zəminində sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirən, S.Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb hadisə yerini tərk ediblər.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlar saxlanılıb və sərxoş halda olmaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR