Yevlaxda yük maşını aşıb - FOTO

Yevlaxda yük maşını aşıb - FOTO
# 09 sentyabr 2020 21:51 (UTC +04:00)

Yevlax rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlaxın mərkəzindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" markalı minik maşını ilə toqquşmadan yayınan "Shacman" markalı yük maşınının sürücüsü idarəetməni itirib və avtomobili aşırıb. Sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR