Yevlaxda yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO

Yevlaxda yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO
# 25 noyabr 2019 11:43 (UTC +04:00)

Yevlaxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Mingəçevir–Xaldan yolunun Havarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KaMAZ” markalı yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə yük maşın yoldan çıxaraq aşıb.

Müxtəlif bədən xəsarətləri alan “KaMAZ”ın sürücüsü, 1990-cı il təvəllüdlü Seyidov Taleh Telman oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR