Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti çıxarılıb

Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti çıxarılıb
# 24 iyun 2020 08:45 (UTC +04:00)

Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsar oğlunun axtarışları başa çatıb.

O.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR