Zabrat Hava Limanı ərazisində təlim keçirilib - FOTO

Zabrat Hava Limanı ərazisində təlim keçirilib - FOTO
# 10 aprel 2021 12:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) tərəfindən Zabrat Hava Limanı ərazisində təlim keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlimə XRXX-nin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti it cəlb olunub.

Təlim zamanı Kinoloji taborun əməkdaşları sərnişinlərin və xidməti personalın təxliyəsi, şərti partlayıcı qurğunun aşkar edilməsi, zərərsizləşdirilməsi və digər operativ tədbirlər üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR