Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın olub

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın olub
  • Clock-gray 07:38
  • calendar-gray 26 Fevral 2020

Bu gecə saat 03:40 radələrində Zaqatala şəhərinin Nizami küçəsində yerləşən Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin ümumi sahəsi 1000 kv/m olan əsas binasında yanğın baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğının kollecin digər iki binasına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində kollecin əsas binasının yanar konstruksiyaları içərisindəki avadanlıqla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Zaqatala Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. 

 

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date